• Di. Mrz 19th, 2024

AzerTalk tətilərdən sonra yenidən fəaliyyətə başlayır.

AzerTalk yenidən fəaliyyətə başlayır.
Əziz Azərbaycan fəalları və dəyərli dostlar,
AzerTalk artıq iki ildir ki, diasporada yaşayan cənubi Azərbaycanlılar arasında fəaliyyət aparmaqdadır. Bu illər ərzində mütəxəssis şəxsiyyətlərimizin və bir çoxlu fəallarımızın iştirakıyla milli-azadlıq hərəkatımızın müxtəlif məsələləri ətrafında interaktiv şəkildə mübahisə aparılıb və 10-larla seminarlar, dəyirmi masalar, iki tərəfli diskusiyalar və çıxış axşamları tərtib edilmişdir.
Başda cənubi Azərbaycan olmaqla aktual siyasi, ictimai məsələlərimizdən tutmuş müasir şe’rimizin durumu, Urmu gölü faciəsinin taleyi, qadınların əzilmiş haqları, ana dilimiz və digər məsələlər AzerTalk-un mövzuları olmuşdur. Eyni halda , Azərbaycan milli-azadlıq hərəkatının teorik mövzularına xüsusi yer vermişik. Bu sahədə Prof. Dr. Əlirza Əsğərzadə kimi fikir yaradan böyük elmi şəxsiyyətlərimizin həmkarlığı və əməyi ilə, Azərbaycanın bu təməl əhəmiyyət daşıyan məsələsi haqda canlı danışıqlar və mübahisələr aparılmışdır.
Yeri gəlmişkən bizimlə əməkdaşlıq edən bütün bu şəxsiyyətlərimizə, Paltalk otağımızın maddi məsrəflərinin böyük bir hissəsini öz öhdəsinə götürən əzizlərimizə, eləcə də aktiv şəkildə otağımızda iştirak edən bütün əzizlərimizin hamısına öz təşəkkürümüzü və dərin minnətdarlığımızı bildirib arzu edirik ki, bundan sonra yenə də səmərəli proqramlarımızla qulluqlarında ola bilək.
Əziz Azərbaycanlılar,
Bizim keçmişdəki proqramlarımızı AzerTalk-un yeni web-sitəsi- (www.azertalk.com) –ndən görüb dinləyə bilərsiniz. Facebook-da aktiv olan dostlardan xahiş edirik, AzerTalk-un səhifəsini „Like“ edib ( https://www.facebook.com/pages/AzerTalk/270529312987106?fref=ts)  AzerTalk-u başqa fəallarımıza və ziyalılarımıza tanıtmaqda bizə yardımçı olsunlar.
AzerTalk Media Forum
Oktyabr 2013

Loading