• Di. Mrz 19th, 2024

Almaniya-Heidelberg „Azərbaycanlıların Urmu Gölü Festivalı“ 7-8 July 2012

Urmu Gölünün faciəsinin qabağı bu gün alınmalıdır!
„neçə il sonra artıq gec olacaqdır!“

Əziz vətəndaşlar,

Urmu Gölü hələ ölməmişdir. Ancaq əgər biz bundan artıq hərəkətsiz-əməlsiz qalsaq, Azərbaycanımızın bu çırpınan ürəyi dayana bilər.
Urmu Gölünü qoruyub mühafizə etmək bizim hamımızın təbii, vicdani, əxlaqi, milli vəzifəmizdir. Biz bu vəzifəmizə əməl etməsək, Urmu Gölü quruya bilər və onunla da Azərbaycanımız bir səhralığa -kəvirə çevrilə bilər. Biz buna icazə verməməliyik, buna razı olmamalıyıq.

əziz soydaşlar,
Biz Avropada yaşayan bir sıra azərbaycanlılar, siyasi təşkilatların və başqa qurumların  iştirakı olmadan, heç bir yerdən, heç bir qurumdan az olmuş -olsa da maddi yardım almadan, Almanyanın Frankfurt şəhərinin kənarında yerləşən  Heidelberg-də   „Urmu gölü festivalı“nı planlaşdırmışıq.
Bu məqsədlə Heidelberg qalasının ətəyində olan  „Leimen gölü“ kənarında böyük bir „Kamp“ kirayə edib, orda Azərbaycanın iki tayından olan böyük musiqi ustadlarımız, o cümlədən dünyanın ən böyük Tar ustadı Ramiz Qulyev və digərlərinin iştirakı  ilə konsert təşkil etmişik.
Bundan başqa, Amerika-Almaniya institutunda Urmu Gölünün faciəsini əks etdirən sənədli filmlər yayımlanıb ,foto sərgi  təşkil olunacaqdır.

Urmu gölünün faciəsini dünya şöhrətli mütəxəssislərin dilindən eşidə bilmək üçün, şəhərin mərkəzində Ali bey Mehcubi ( Almaniya Parlamentinin məsləhətçisi), Uli Eichelmann(ECA-Watch) və digər elmi , siyasi şəxsiyyətlər alman dilində (azərbaycan dilinə tərcümə olunacaqdır) məruzə edəcəklər.

Əziz Azərbaycanlılar və Urmu Gölünü sevənlər!
Sizdən xahişimiz budur ki, məsələnin əhəmiyyətini və zərurətini nəzərə alaraq, 2012 ilin 7-ci ayının (Iyul)  6-8-ində, bütün siyasi mənsubiyyəimizi, ideologiyamızı və bayraqlarımızı evimizdə buraxıb , ancaq və ancaq Urmu Gölü naminə gözəl və səmimi bir atmosferdə bir araya gəlib Urmu gölünün faciəsini dünya ictimaiyyətinə çatdırmağa çalışaq.
Yaddan çıxmamalıdır ki,
Urmu Gölünün öz həyatını davam etdirə bilməsi üçün hamımızın köməyinə ehtiyacı vardır.
Proqram:
07.07. 2012, şənbə : Ramiz Quliev ,  və  ….. havada konsert
08.07.2012,Bazar (1-şənbə) saat 11:00 : Heidelberg qalasına simvoik yürüş
08.07.2012, Bazar  saat : 14.00-16.00 Elmi seminar

Loading