• Mi. Dez 4th, 2024

Azərbaycan Respublikası” ya “Şimali-Azərbaycan”

Dünya millətləri arasında Azərbaycan kimi, iki yerə bölümüş bir neçə millətlər mövcuddur: -eyni ad və eyni hüviyyət (milli identika) daşıyan, ancaq, siyasi-hüquqi baxımdan, iki, və ya neçə yerə bölümüş millətlər. Baxmayaraq ki, millətlərin arasından çəkilmiş bu siyasi-hüquqi çərçivələr və sərhədlər bu millətlərin özləri istəmədən və onlardan soruşulmadan çəkilib-yaradılmışdır, yenə də, bu haqda danışa bilmək və bunları bir-birindən fərqləndirə bimək üçün, bəlli terminlər, anlayışlar, ünvanlar lazımdır.

Ancaq bu fərqləndirmə hansı meyarla, hansı şərtlər və kriterlər əsasında olmalıdır? Bizdən öncə, digər bölünmüş millətlərin bu məsələyə necə yanaşmışlar, bu problemi necə həll etmişlər. İkiyə bölünmüş xalqların bu problemi həll etməsi və ya həll etməyə cəhdi hansi prizmasından analoji situasiyaların qiymətləndirilməsi, çözümün daha rahat ola biləcəyini şərtləndirə bilər.

Tarixə kiçik ekskursiya etsək görərik ki, 1828-ci ildə Qacarlar Sülaləsi ilə Rusiya İmperiyası arasında bağlanmış „Türkmənçay“ müqaviləsinə əsasən tarixi Azərbaycan coğrafiyasi iki yerə parçalanmış, müasir dünyada sayları 60 milyonadək olan Azərbaycanlılar iki siyasi quruluşda yaşamağa məcbur olmuşlar. Azərbaycanı öz aralarında ikiyə bölən hər iki dövlətdə bir neçə dəfə siyasi quruluş dəyişmiş, lakin Azərbaycan türkləri bir toplumda yaşamağa müvəffəq ola bilməmişlər. Yalnız 1991-ci ildə Sovetlər İttifaqı dağıldıqdan sonra tarixi Azərbaycan coğrafiyasının şimal hissəsində olan Sovet Azərbaycanı müstəqillik əldə etmiş, „Azərbaycan Respublikası“ adıyla beynəlxalq münasibətlərin subyektinə çevrilmişdir. Həm ərazi, həm də əhali miqyasına görə üstünlüyə malik Cənubi Azərbaycan isə hal-hazırda da İran İslam Respublikasının əsarətindədir. Hər iki Respublikada yaşayan əhalinin bir olmaq kimi psixoloji istəyi təkcə ictimai fikirdə və mətbuatda səsləndirilmir, zaman-zaman siyasi liderlərin və ictimai şəxslərin mövqeyində ifadə olunur. Elmi-mədəni baxış bucağında baxanda isə görürük ki, Azərbaycan Respublikasının təhsil proqramlarında Güney Azərbaycandan olan yazıçı və şairlərin, o cümlədən elm adamlarının yaradıcılığı öyrənilir və onlar da təbii olaraq Azərbaycan mütəfəkkirləri kimi təqdim olunur. Belə bir durumda həm güney, həm də quzey Azərbaycanda Respublikanın adıyla ilgili müxtəlif fikirrlər səsləndirilir. Müstəqil dövlət kimi Azərbaycan Respublikasının adının „Şimali Azərbaycan Respublikası“ adıyla əvəzlənməsi, yaxud da „gərək dövlətin adı Şimali Azərbaycan adlandırılardı“ fikri səsləndirilir. Bu ideya Güney Azərbaycanda ictimai fikirdə daha çox səslənsə də, Azərbaycan Respublikasında da rəsmi şəxslər tərəfindən səsləndirilir. 1991-ci ildə Şimali Azərbaycan müstəqillik qazandıqdan sonra zaman-zaman bu ideya səsləndirilir. Hətta 2012-ci ildə artıq Azərbaycan parlamentində bir qrup deputatlar bu fikri səsləndirdilər.

Azərbaycan ziyalısı, bu məsələnin ölçüsünü və dərinliyini başa düşüb və bu haqda düzgün qərar verə bilmək üçün məsələylə əlaqədar, elmi, siyasi, ictimai və s. tədqiqatlarların nəticələrini bilməli, dünyadakı oxşar təcrübələri öyrənməli və və elmi, ictimai müzakirələr aparmalıdırlar. Digər bölünmüş millətlərin bu sahədə əldə etdikləri təcrübələri öyrənmək üçün bu istiqamətdə müzakirələrin, diskussiyaların aparılması, müxtəlif formatlarda dialoqların keçirilməsi son dərəcə əhəmiyyətli rol oynayır ki, biz bu tipli tədbirlərin olmadığının şahidiyik.

Biz Azərbaycanın adında dəyişiklik gətirməyə qalxmazdan əvvəl, məsələdən düzgün və real bir təssəvvür yarada bilmək üçün azından digər millətlərin bu yolda mübarizə və müqavimət tarixilə çox yaxından tanış olmalıyıq. Məhz həmin təcrübələrlə tanış olmali və bu yöndə onların yaratdıqları elmi, fəlsəfi, siyasi, hüquqi ədəbiyyatı öyrəndikdən sonra belə bir təşəbbüs barəsində çıxış etməyə səlahiyyət qazana bilərik.

İlk növbədə bilmək lazımdır ki, belə bir böyük və təyinedici məsələni həll etməyə qalxdıqda, bu iş hansı niyyətlə olduğuna baxmayaraq, nəhayətdə, tarixi və böyük xətalarla və faciələrlələ nəticələnə bilər.

“Fərqləndirmə” məsələsinə döndükdə, hakim dövlətlər, özlərinin yaratdıqları bu sərhəddi, öz məsləhətlərinə uyğun olaraq, siyasi-hüquqi kontekstdə deyil, bəlkə, milli, mədəni, etniki, tarixi və bir çox hallarda da, coğrafi ad və terminlər vasitəsilə, fərqləndirməyə çalışmışlar. Ancaq, bölümüş millətlərin az qala hamısı, „Fərqləndirmə“ məsələsində, bu prinsipdən hərəkət etmişlər ki: “Arada olan bu fərq, hüquqi-siyasi mahiyyət daşıdığı üçün, bu fərqləndirmə də, hüquqi-siyası terminlər vasitəsilə həll olunmalıdır. Bölünmüş millətlər bu sadə və məntiqi prinsipdən hərəkət edərək, bu günə kimi ölkələrini rəsmi və hüquqi dairələrdə “Şimal-Cənub“, Şərq-Qərb”ə, bölməmişlər və ümumiyyətlə qeyr-siyasi adları, coğrafi əlamətlə ünvanlarının qarşısına daxil etməmişlər. (Kuzey Kıbrıs Türk Cümhuriyyəti istisna olmaqla). 

Bölünmüş millətlər və ölkələr arasında Azərbaycanın ən çox bənzəri olan ölkə “Makedoniya Respublikası” olmuşdur. Makedonyanın böyük bir hissəsi Yunan Respublikasının tərkibində, bir hissəsi isə, müstəqil (Şimali) – Makedoniya Respublikası olaraq yaşamaqdadır. 1991-ci ildən müstəqillik qazanan Makedoniya yalnız 2019-cu ildə „Şimali Makedoniya Respublikası adını almaqla siyasi xəritədə öz yerini tutmuşdur. Bu 27 il davam edən Yunanıstan və Avropa İttifaqının təzyiqlərindən sonra baş vermiş, faktiki olaraq ölkə özünün rəsmi-hüquqi adı olan “Makedoniya Respublikası” yerinə, “Şimali-Makedoniya Respublikası“ ünvanını seçməyə məcbur oldu. Makedonlar bunun müqabilində, EU və NATO-ya üzv ola bimək haqqını qazansalar da, yenə də Makedoniya millətinin mühüm bir hissəsi, bu „Qərarı“ “Makedoniya millətinin Hüviyyətinin dəyişdirilməsi bahasına olduğunu vurğulayırlar.

Müxalifət rəhbəri Hristijan Mickovki deyir: “Burada bizim millətimizin və ölkəmizin milli və tarixi – “Makdeonya” adı, “Şimali Makedoniya” -SİFƏTilə dəyişilmişdir. Bu, Makdeoniyanın və Makedoncanın qətli deməkdir (Nord ist Mord). Bu, Yunanın müqabilində, kapitulasiya deməkdir”.*** Hristijan Mickovki bu haqa keçiriləcək Refrenduma işarə edərək qeyd edir: “Hər şeyin ən azğın tərəfi odur ki, biz bu Yeni adımızı özümüz (referendumda) qəbul etmiş oluruq. Sonra bizə deyəcəklər ki, biz özümüz səs vermişik və Referendumda yeni adımızı təsdiq etmişik”! (Eurotopik.net19.yun. 2017) Qərb mediasının da məsələyə baxışı birmənalı olmamışdır. „Neue Zürcher Zeitung“ qəzeti Yunan dövlətinin siyasətinə uyğun olaraq, bunu sadəcə 4 hərfdən ibarət olan NORD (şimal) sözünün artırılmasıyla məsələnin həll olduğunu yazmışdır: “4 dənə hərflə, 27 illik bir konfliktə son qoyuldu”- NZZ 5.6.2021. Ancaq “Deutschland Funk” bu haqda Makedoniyada keçiriləcək referenduma işarə edərək yazır: “Makedonlar öz hüviyyətləri haqda qərar verirlər”. (01.12.2021)

Göründüyü kimi, bir ölkəni ya milləti, “şimal-cənub” və habelə qeyr-siyasi adlarla bölməklə, ortaya, siyasi, elmi və beynəlxalq hüquq baxımdan, dəyişik və yeni mənalar, adlar və Hüviyyətlər çıxır. Demək Yunan dövlətinin və NZZ-in dediyinin əksinə, söz yalnız bir neçə hərfin artırmasından deyil, bəlkə, bir millətin “Hüviyyət”-inin dəyişməsindən gedir.

Azərbaycanımıza gəldikdə, Demək, İranın tərkib hissəsində olan hissənin adıni (ünvanını), “Cənuni-Azərbaycan”, demək xəta deyildir. Çünkü  “Cənuni-Azərbaycan” onsuzda heç bir rəsmi və hüquqi status daşımamaqdadır və  Azərbaycan milləti də heç bir rəsmi və beynəlxalq sənəddə, buna imza atmaq məcburiyyətində deyildir. Ancaq Azərbaycan Respublikasnın adını “Şimali-azərbaycan”-sözüylə dəyişmək, hətta NATO, EU və başqa qurumlara üzv olmaq avantajı müqabilində olursa da, Azərbaycan millətinə və dövlətinə xəyanət mə’nası daşıyıb, eləcədə, ölkəsini və millətini, könüllü olaraq “Şimal-cənub”-a bölməkdə, dünya millətləri arasında, təkcə ölkə sayıla bilərik.

Loading