Media Forum

haqqımızda

„AzerTalk“  Cənubi Azərbaycanlılar arasında dialoq və fikir mübadiləsini genişləndirmək məqsədilə yaranmışdır. „AzerTalk“ başda cənubi Azərbaycan olmaqla, xalqımızın milli- demokratik mubarizəsinin müxtəlif məsələlərini tərh edib, ziyalılar arasında mübahisəni və filkir mübadiləsini genişləndirməyi özünə birinci məqsəd  seçmişdir. Bizim və bizim ata-babalarımızın  20-ci əsrdə bütün imkanlardan məhrum qalmamızı nəzərə alaraq, kommunikasiya əsri sayılan 21-ci əsrin bizə verdiyi tarixi imkan və tarixi fürsətdən layiqincə faydalanmalıyıq.

Proqramlarımıza  gəldikdə, „AzerTalk“ çalışır ki, bir çoxlu azərbaycanlı ziyalılarımız, eləcə də mütəxəssis və fəallarımızın həmkarlığıyla  Cümə və Bazar günləri, konkret bir mövzu haqda çıxış və mübahisə hazırlayıb ,dünyanın hər tərəfindən qatılan 100-lərlə soydaşlarımızla birlikdə xalqımızın müxtəlif məsələlərini mübahisəyə qoysun.

Əziz soydaşlar, Otağımızda bütün düşüncə sahibləri öz fikirlərini yaya bilərlər. Otağımızda keçirilən tədbirlərə Sizlər də dəvət olunursunuz (həm məruzəçi həm də aktiv və ya passiv bir dinləyici kimi). „AzerTalk“ qonaqların və məruzəçilərin çıxış və söylədikləri fikirlər üçün məsuliyyət daşımır.